Qaynar xətt:

(+99450) 247 90 86

İran prezidenti Livan xalqına başsağlığı verib

İran prezidenti Livan xalqına başsağlığı verib

DÜNYA

205

19.09.2024, 10:58

İran prezidenti Məsud Pezeşkian Livanda peycer və digər rabitə vasitələrinin partladılmasından sonra xalqa dərin hüznlə başsağlığı verib.

 

Oxu24.com  xəbər verir  ki,bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

"Əziz Livan xalqına dərin hüznlə başsağlığı və rəğbətimizi bildiririk", - o vurğulayıb.

 

Dövlət başçısı son günlər Livanda rabitə vasitələrinin partladılmasını İsrail tərəfindən törədilən “xəyanətkar kütləvi terror aktı” adlandırıb.

 

Bundan əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti Pentaqonun İsrailin Livanda şiə Hizbullah hərəkatına qarşı quru əməliyyatına başlaya biləcəyindən ehtiyat etdiyini yazmışdı. Qrup üzvlərinin istifadə etdiyi elektron cihazların partlayış dalğası daha böyük bir hücum üçün müqəddimə ola bilər.

 

Nigar