Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
23 Noyabr 2026, 10:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
241
18.09.2024, 16:06
Belarus Vyana Sənədi çərçivəsində Şimali Atlantika Alyansına üzv dövlətlərlə praqmatik dialoqu bərpa etməyə ümid edir.
Oxu24.com xəbər verir ki, bu barədə beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi - Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi, general-mayor Valeri Revenko bildirib.
Onun sözlərinə görə, sənəd çərçivəsində dialoqun bərpası silahlı qüvvələrin, o cümlədən sərhədyanı ərazilərdə fəaliyyəti ilə bağlı bir sıra aktual məsələlərin həllinə imkan verəcək.
"Ümid edirik ki, Vyana Sənədinin imkanlarının obyektiv qiymətləndirilməsi, regional etimad və təhlükəsizlik tədbirləri həm Belarus Respublikası ilə həmsərhəd olan dövlətlərə və digər ölkələrə yeganə düzgün qərar qəbul etməyə və praqmatik dialoqa qayıtmağa imkan verəcək", deyə o bildirib.
General-mayorun sözlərinə görə, Belarus istər bütövlükdə, istərsə də sərhədyanı ərazilərdə silahlı qüvvələrin fəaliyyəti ilə hər hansı şəkildə bağlı olan bir çox aktual məsələlərin öz həllini tapacağına əmindir.
Sentyabrın 8-də Belarusun Təhlükəsizlik Şurası respublika ilə sərhəddə Ukrayna Silahlı Qüvvələrinin 14 min nəfərlik qrupunun olduğunu elan edib.
Bundan əvvəl Belarus sərhəddə Polşa silahlı qüvvələrinin böyük bir qrupunu elan edib.
Nigar
11:26 / 23 Noyabr 2026
1
11:24 / 23 Noyabr 2026
17
11:21 / 23 Noyabr 2026
31
11:12 / 23 Noyabr 2026
53
11:00 / 23 Noyabr 2026
85
10:50 / 23 Noyabr 2026
114
10:48 / 23 Noyabr 2026
248
10:34 / 23 Noyabr 2026
100
10:33 / 23 Noyabr 2026
84
10:29 / 23 Noyabr 2026
90
10:26 / 23 Noyabr 2026
108
10:24 / 23 Noyabr 2026
101
10:18 / 23 Noyabr 2026
88
10:10 / 23 Noyabr 2026
409
10:03 / 23 Noyabr 2026
91
09:57 / 23 Noyabr 2026
92
09:53 / 23 Noyabr 2026
97
09:46 / 23 Noyabr 2026
93
09:39 / 23 Noyabr 2026
162
09:35 / 23 Noyabr 2026
104
09:31 / 23 Noyabr 2026
223
09:19 / 23 Noyabr 2026
94
08:47 / 23 Noyabr 2026
795
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.