Finlandiya Rusiya ilə sərhədində sədd inşa edib
07 Sentyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
257
18.09.2024, 21:42
Gürcüstanın baş naziri İrakli Kobaxidze xəbərdarlıq edib ki, ABŞ növbəti sanksiyalar tətbiq edərsə, Tbilisi Vaşinqtonla münasibətlərinə yenidən baxacaq.
Oxu24.com xəbər verir ki, bu barədə Newsgeorgia.ge portalı yazır.
ABŞ səfiri Robin Dunniqan Kobaxidze ilə görüşdən sonra bildirib ki, Tbilisi sanksiyalarla bağlı yeni qərarlar qəbul ediləcəyi təqdirdə Vaşinqtonla münasibətlərdə öz mövqelərinə “əhəmiyyətli şəkildə yenidən baxacaq”.
“Bu qərarı 16 sentyabrda 64 vətəndaşa qarşı sanksiyalarla bağlı] qəbul edən Amerika tərəfi kritik məqama yaxınlaşıb. Başqa bir oxşar qərar qəbul olunarsa, bu, Gürcüstanın gürcü-amerikan münasibətlərində mövqeyinin əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər”, - Kobaxidze bildirib.
Baş nazir vurğulayıb ki, bu məhdudiyyətlər “müxalifətin seçkilər öncəsi şanslarını artırmaq” məqsədi daşıyır. Kobaxidze həmçinin xəbərdarlıq edib ki, onlar əks effekt verir və hakimiyyəti qorxutmayacaq.
Sentyabrın 16-da Birləşmiş Ştatlar ölkədə demokratiyanın sarsıdılmasında və insan haqlarının pozulmasında əli olduğuna inandıqları 64 Gürcüstan vətəndaşı və dövlət məmuruna qarşı sanksiya tətbiq edib.
Dövlət Departamenti Vaşinqtonun respublika hakimiyyətinin anti-demokratik hərəkətlərindən narahat olduğunu və yeni sanksiyaları nəzərdən keçirməyə davam edəcəyini vurğulayıb.
Nigar
00:20 / 08 Sentyabr 2026
31
00:18 / 08 Sentyabr 2026
303
00:08 / 08 Sentyabr 2026
72
23:59 / 07 Sentyabr 2026
46
23:36 / 07 Sentyabr 2026
129
23:26 / 07 Sentyabr 2026
54
23:22 / 07 Sentyabr 2026
1039
23:16 / 07 Sentyabr 2026
63
23:14 / 07 Sentyabr 2026
187
23:09 / 07 Sentyabr 2026
46
22:44 / 07 Sentyabr 2026
72
22:09 / 07 Sentyabr 2026
82
21:59 / 07 Sentyabr 2026
76
21:45 / 07 Sentyabr 2026
63
21:30 / 07 Sentyabr 2026
56
21:23 / 07 Sentyabr 2026
72
21:03 / 07 Sentyabr 2026
60
20:58 / 07 Sentyabr 2026
67
20:54 / 07 Sentyabr 2026
63
19:54 / 07 Sentyabr 2026
80
19:50 / 07 Sentyabr 2026
810
19:48 / 07 Sentyabr 2026
151
19:45 / 07 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.