Qaynar xətt:

(+99450) 247 90 86

Tatarıstanda Misir piramidalarından daha qədim məzarlıq tapılıb

Tatarıstanda Misir piramidalarından daha qədim məzarlıq tapılıb

DÜNYA

344

17.09.2024, 22:52

Tatarıstanda arxeoloqlar eramızdan əvvəl 4500-4000-ci illər arasında dəfn olunduğu qədim qəbiristanlığı qazıblar.

 

Oxu24.com xəbər verir  ki, bu barədə respublikanın mədəni irs obyektlərinin mühafizəsi komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Respublikanın Menzelinski rayonunda tədqiqatçılar daş dövrünə aid 9 dəfn tapıblar. Qəbirlərdə skeletlərdən başqa, daş ox ucları, daş və heyvan dişlərindən hazırlanmış zinət əşyaları da var

Radiokarbon analizi bu tapıntıların Misir piramidalarından 1500 il daha qədim olduğunu göstərdi. Eramızdan əvvəl V minillikdə ibtidai insanlar hələ metal emal etməyi bilmirdilər, onlar kiçik icmalarda yaşayırdılar və ov və balıqçılıq yolu ilə qida əldə edirdilər.

 

Nigar