Qaynar xətt:

(+99450) 247 90 86

Obama TikTok-da Harris üçün gənc ABŞ seçicilərini axtarır

Obama TikTok-da Harris üçün gənc ABŞ seçicilərini axtarır

DÜNYA

334

17.09.2024, 22:42

ABŞ-ın keçmiş prezidenti Barak Obama gənc amerikalı seçiciləri prezidentliyə namizəd Kamala Harrisin tərəfinə çəkmək üçün TikTok-dan istifadə edir.

 

Oxu24.com xəbər verir   ki, bu barədə Amerikanın Axios portalı mənbələrə istinadən məlumat yayıb.

"Obama bu gün TikTok-a gedir, hələ vitse-prezident Harrisə səs vermək üçün qeydiyyatdan keçməmiş seçiciləri axtarır", deyə  portal bildirib.

Obamanın TikTok kampaniyası Demokratların Milli Seçici Qeydiyyatı Günündən (17 sentyabr) "qeyri-ənənəvi üsullarla" təxminən 30 milyon potensial seçiciyə çatmaq üçün istifadə etdiyi daha geniş səylərin bir hissəsidir.

Axios-a görə, Demokratlar gənc amerikalılar arasında "üstünlüklərindən istifadə etmək" istəyirlər.

İlk Tramp-Harris debatı sentyabrın 10-da baş tutub. Respublikaçı hələ inauqurasiyadan əvvəl Ukraynadakı münaqişəyə son qoyacağına söz vermişdi və Harris buna cavab olaraq Putinin Trampı “naharda yeyəcəyini” bildirib.

 

Nigar