Qaynar xətt:

(+99450) 247 90 86

Məktəblini hamamda "tok vurdu"

Məktəblini hamamda "tok vurdu"

DÜNYA

251

17.09.2024, 17:26

Moskvanın cənub-qərbində 13 yaşlı qız vanna qəbul edərkən elektrik cərəyanı vurub.

 

Oxu24.com xəbər verir  ki, bu barədə mk.ru məlumat yayıb.

 

Qızı işdən qayıdan anası cakuzidə huşsuz vəziyyətdə tapıb. Qızının otaqda olmadığını görən qadın bıçaqla vanna otağının qapısını açıb. Hadisə yerinə həkim və polis briqadası cəlb edilsə də, zərərçəkmişi xilas etmək mümkün olmayıb.

 

İlkin məlumata görə, məktəbli hamamda olarkən qısaqapanma baş verib və qıza elektrik cərəyanı düşüb. Məlum olub ki, ana və qız bir neçə ay kirayədə yaşayıblar. Çox güman ki, naqillərin saz vəziyyətdə olmasına cavabdeh olan mülk sahibi qəzaya görə məsuliyyət daşıyacaq.

Nigar