Cənubi Koreyada süni intellektlə yaradılan “saxta cinsi məzmunlu görüntülər” ölkədə hiddət doğurduqdan sonra sözügedən görüntülərin yayıldığı Telegram mesajlaşma tətbiqi ilə bağlı ilkin araşdırmaya başlanıldığı açıqlanıb.
Cənubi Koreyada saxta cinsi şəkillərə görə Telegram-a qarşı araşdırma başladılıb.
Yonhap-ın xəbərinə görə, polis Cənubi Koreyada süni intellektin yaratdığı “saxta cinsi görüntülər”in yayılmasından sonra hərəkətə keçib.
Məsələ ilə bağlı açıqlama verən Milli İstintaq İdarəsinin rəhbəri Woo Jong-soo, sözügedən görüntülərin yayıldığı Telegram-a qarşı "cinayətə rəvac vermə" səbəbi ilə ilkin istintaq açıldığını bildirib.
İstintaqdakı çətinliklərə diqqət çəkən Woo, "Telegram hesab məlumatları kimi məlumatları dövlət istintaq orqanlarına asanlıqla təqdim etmir", deyə o bildirib.
Woo, polisin Telegram-ı araşdırmaq üçün Fransa səlahiyyətliləri və beynəlxalq qurumlarla əməkdaşlıq etməyi planlaşdırdığını vurğuladı.
Əksəriyyəti qadın və çoxlu qurbanların manipulyasiya edilmiş səslərini və şəkillərini ehtiva edən “deepfake” adlı üsulla ölkədəki məktəblər və universitetlərə bağlı bəzi söhbət qrupları vasitəsilə “seksual görüntülərin” yayıldığı müəyyən edilib.
Sosial şəbəkə istifadəçiləri sinif yoldaşları və müəllimləri kimi tanıdıqları insanların fotolarını bəzi qruplara yükləyib, digər istifadəçilər isə bu fotolardan istifadə edərək saxta görüntülər yaradaraq ölkə daxilində reaksiyalara səbəb olublar.
Reaksiyalardan sonra Seul Mərkəzi Rayon Məhkəməsi 28 yaşlı kişini təxminən 400 "deepfake" videosu hazırlamaqda və internetdə 1700-ə yaxın belə görüntü yaymaqda təqsirli bilib.
Saxta seksual görüntülərin paylaşıldığı qruplardan birinin 133 mindən çox üzvü olduğu və qurbanlarının çoxunun orta məktəb və lisey şagirdləri ilə yanaşı, universitet tələbələri, müəllimlər və hətta hərbi qulluqçular olduğu bildirilir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR