Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Xersona hücum edib: Azərbaycanlı ağır yaralanıb

Rusiya Xersona hücum edib: Azərbaycanlı ağır yaralanıb

DÜNYA

265

29.08.2024, 14:00

Rusiya ordusu Ukraynanın Xerson şəhərinə yenidən dronlarla hücumlar edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, hücum nəticəsində dron zərbələrindən biri yolda hərəkət edən azərbaycanlının avtomobilinin üzərinə düşüb.

Əslən Azərbaycanın Lənkəran şəhərindən olan Rzayev Cəlil Qafur oğlunun avtomobili tamam yanıb, özü isə ağır yaralanıb. Hazırda həmyerlimiz Xerson xəstəxanasında reanimasiyadadır.

Vəziyyəti kritik ağırdır.