AZAL açıqlama yaydı
08 Sentyabr 2026, 16:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
181
27.08.2024, 21:10
İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İsrail nümayəndə heyəti çərşənbə günü, avqustun 28-də Qətərə səfər etməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, nümayəndə heyəti 2023-cü il oktyabrın 7-də İsrailə hücumdan sonra Həmas yaraqlıları tərəfindən əsir götürülən girovların azad edilməsinə dair saziş üzrə vasitəçilərlə danışıqları Dohada davam etdirməyi planlaşdırır.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatı tərəfindən Qəzza zolağında xüsusi əməliyyat zamanı oğurlanan girovu azad etdiyini açıqlamışdı.
Bir gün əvvəl İsrail hökumətinin başçısı Benyamin Netanyahu Qəzzada atəşkəs və girovların azad edilməsi üçün danışıqlar aparan İsrail nümayəndə heyətinin üzvləri ilə mübahisəyə girib. “Reuters”in məlumatına görə, İsrailin baş naziri Fələstin anklavını Misirdən ayıran Filadelfiya dəhlizinə ordunun nəzarəti məsələsində güzəştə getməkdən imtina edib.
Avqustun 25-də Qahirədə vasitəçilərin iştirakı ilə atəşkəs və girovların azad edilməsi üzrə danışıqların yeni mərhələsi baş tutub. Həmas nümayəndə heyəti onlarla görüşüb, müzakirələrin nəticələri ilə tanış olub və əvvəlki şərtlərə qayıtmağı tələb edib. İsrailin yeni tələbləri fələstinli məhbusların azad edilməsi və Qəzza zolağının bir hissəsinə İDF nəzarəti ilə bağlıdır.
Miri
16:15 / 08 Sentyabr 2026
1
16:13 / 08 Sentyabr 2026
12
15:50 / 08 Sentyabr 2026
34
15:36 / 08 Sentyabr 2026
47
15:30 / 08 Sentyabr 2026
67
15:25 / 08 Sentyabr 2026
47
15:24 / 08 Sentyabr 2026
45
15:04 / 08 Sentyabr 2026
56
15:01 / 08 Sentyabr 2026
99
14:49 / 08 Sentyabr 2026
630
14:45 / 08 Sentyabr 2026
52
14:30 / 08 Sentyabr 2026
53
14:10 / 08 Sentyabr 2026
55
14:00 / 08 Sentyabr 2026
55
13:57 / 08 Sentyabr 2026
55
13:45 / 08 Sentyabr 2026
528
13:45 / 08 Sentyabr 2026
55
13:15 / 08 Sentyabr 2026
64
13:12 / 08 Sentyabr 2026
63
13:05 / 08 Sentyabr 2026
65
13:04 / 08 Sentyabr 2026
82
12:58 / 08 Sentyabr 2026
352
12:52 / 08 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.