Qaynar xətt:

(+99450) 247 90 86

Medvedev Durovun Fransada həbsini siyasi məsələ adlandırıb

Medvedev Durovun Fransada həbsini siyasi məsələ adlandırıb

DÜNYA

229

27.08.2024, 20:37

Telegram-ın qurucusu Pavel Durovun Fransada saxlanılması respublika prezidenti Emmanuel Makronun açıqlamalarına baxmayaraq, siyasi məsələdir.

Oxu24.com xəbər verir  ki,Bunu “Vahid Rusiya” partiyasının lideri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Makron onlara bunun sırf hüquqi məsələ olduğunu, məhkəmənin qərarına təsir edə bilməyəcəyini  desə də,bu, siyasi hekayədir”,- deyə  Medvedev bildirib.

Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib.

Paris prokurorluğu Durovun 12 cinayətdə ittiham olunan “adı açıqlanmayan şəxs”lə bağlı istintaq çərçivəsində dindirildiyini bildirib. İş iyulun 8-də açılıb.

Avqustun 26-da Makron vəziyyəti şərh edib. O, iş adamının həbsinin “heç bir halda siyasi qərar olmadığını” vurğulayıb və iş üzrə məhkəmənin hökmünü gözləməyə çağırıb.

 

Miri