Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan XİN-dən Pakistandakı terror aktına REAKSİYA

Azərbaycan XİN-dən Pakistandakı terror aktına REAKSİYA

DÜNYA

222

26.08.2024, 22:10

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda azı 50 nəfərin ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.

OXU24.COM  xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

“Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində onlarla insanın həlak olması xəbərindən sarsılmışıq, terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Azərbaycan qardaş Pakistan İslam Respublikası ilə həmrəydir”.

Xatıprladaq ki, Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 51 nəfər ölüb.