Qaynar xətt:

(+99450) 247 90 86

Britaniyalı siyasətçi Durovun həbsindən sonra Maskı Avropaya səyahətini dayandırmağa çağırıb

Britaniyalı siyasətçi Durovun həbsindən sonra Maskı Avropaya səyahətini dayandırmağa çağırıb

DÜNYA

214

26.08.2024, 20:37

X sosial şəbəkəsinin sahibi İlon Mask Telegram-ın yaradıcısı Pavel Durovun Fransada həbsindən sonra Avropaya səfərdən çəkinməlidir.

 

Oxu24.com xəbər verir  ki, bu fikri Britaniya Fəhlə Partiyasının rəhbəri Corc Qallovey özünün YouTube kanalında bildirib.

Galloway, "Mən Maska sentyabrda Dublində mənimlə planlaşdırılan görüş üçün belə Avropaya gəlməməyi şiddətlə tövsiyə edirəm",deyə o bildirib.

Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib.

Fransa polisi Reuters agentliyinə bildirib ki, iş adamı Telegram-da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə idarələri tərəfindən araşdırılır.

Prokurorluq aydınlaşdırıb ki, Durov 12 cinayət törətməkdə ittiham olunur. Onlar əlavə ediblər ki, iş adamı çoxsaylı kibercinayətlərdə şübhəli bilinərək “adı açıqlanmayan şəxslə bağlı” istintaq çərçivəsində dindirilir.

 

Miri