Qaynar xətt:

(+99450) 247 90 86

Feodosiya yaxınlığındakı yanğın sahəsi 150 hektara çatıb

Feodosiya yaxınlığındakı yanğın sahəsi 150 hektara çatıb

DÜNYA

259

26.08.2024, 19:54

Krımın Feodosiya yaxınlığında baş verən yanğın 150 hektar ərazini əhatə edib.

 

Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, yanğının Yujnoye kəndinə keçməsinə imkan verilməyib. Yanğının söndürülməsinə 470 mütəxəssis və 100-dən çox texnika cəlb olunub. Söndürmənin güclü küləklə çətinləşdiyi vurğulanır.

Bundan əvvəl məlum olub ki, Feodosiya yaxınlığında baş verən təbii yanğın 75 hektar ərazini məhv edib. Yanğın tamamilə mühasirəyə alınıb, lakin güclü külək səbəbindən bəzi yerlərdə yeni yanğınlar yaranır.

Həmçinin bildirilib ki, Krımda Feodosiya-Orconikidze avtomobil yolunun Təpə-Oba yaylasında baş verən yanğın səbəbindən bağlanıb. Bildirilir ki, yanğın söndürülərkən ərazilərdən birində məhdudiyyətlər tətbiq edilib. Eyni zamanda, Feodosiyadan Vinoqradnoye kəndi istiqamətində nəqliyyatın hərəkəti kəsilmir.

Bundan əvvəl xilasedicilər Dombay kurort kəndində meşə yanğınından 236 nəfəri təxliyə ediblər.

 

Miri