Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-dan İsrailə silah daşıyan 500-cü təyyarə gəldi

ABŞ-dan İsrailə silah daşıyan 500-cü təyyarə gəldi

DÜNYA

201

26.08.2024, 19:23

Bu gün, avqustun 26-da ABŞ-ın 500-cü hərbi yardım təyyarəsi  İsrailə gəlib.

 

Oxu24.com xəbər verir ki,bu barədə jewishpress.com İsrail Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Təyyarə hazırkı müharibənin başlaması ilə başlayan genişmiqyaslı logistik əməliyyat çərçivəsində İsrailə eniş edib.

“Bu əməliyyat DOPP-nin beynəlxalq nəqliyyat departamenti, İsrail Müdafiə Nazirliyinin ABŞ-dakı missiyası, İDF Planlaşdırma Direktorluğu və İsrail Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın nəticəsidir”, - deyə İsrail Müdafiə Nazirliyi bildirib.

 

Yüklərə zirehli texnika, döyüş sursatı, fərdi mühafizə vasitələri və tibbi avadanlıqlar daxildir.

 

Nigar