Qaynar xətt:

(+99450) 247 90 86

Azarkeşlərin etirazı: qanlı milyonlar... -FOTO

Azarkeşlərin etirazı: qanlı milyonlar... -FOTO

DÜNYA

301

25.08.2024, 18:30

“Borussiya Dortmund” azarkeşləri Almaniya çempionatının 1-ci turunda Frankfurt “Ayntraxt”ı ilə qarşılaşmada etiraz aksiyası keçiriblər.

OXU24.COM  xəbər verir ki, azarkeşlər müdafiə konserni “Rheinmetall”ın üç mövsümdür komandalarının sponsoru olmasından narazılıqlarını bildiriblər.

İkinci hissənin əvvəlində azarkeşlər etiraz əlaməti olaraq pankartlar asıblar: “Qanlı milyonlar – dəyər yox, vicdan yox?”, “Dəyər yoxdur? Əxlaq yoxdur?” və s.

Oyundan əvvəl bəzi azarkeşlər simvolik qırmızı vərəqələrlə çıxış ediblər.

Stadionun yaxınlığında üzərində yazı olan karton tank da olub. Onun yanında isə “Rheinmetall”ın baş direktoru Armin Pappergerin karton başı olan maket də yerləşdirilib.