AZAL açıqlama yaydı
08 Sentyabr 2026, 16:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
363
23.08.2024, 20:02
Qərb siyasi motivlərlə rus iş adamlarına qarşı sanksiyalar tətbiq etməklə “böyük səhvə” yol verdi.
Rusiyalı milyarder Əlişir Usmanov belə hesab edir.
“Corriere Della Sera” qəzetinə müsahibəsində Usmanov deyib ki, sanksiyalara məruz qalan rusiyalı iş adamları transmilli şirkətlər qurub, xaricə aktiv sərmayə qoyublar və indi onlar yalnız ölkə daxilində işləməli olurlar. Milyarder əmin edir ki, bundan Qərb ölkələri özləri əziyyət çəkir.
Usmanovun Avropaya girişi qadağan olunduğu üçün o, Egey dənizinin Türkiyə sahilindəki villasında “Corriere Della Sera”nın jurnalisti ilə görüşüb.
Sanksiyaların əsassızlığını izah edən Usmanov nəşrə bildirib ki, iri biznesmenlər Rusiya hakimiyyətinin “qərar qəbul etmə prosesinə təsir göstərmirlər”.
Usmanov Rusiyanın Ukraynaya qarşı müharibəsindən danışarkən qeyd edir ki, “davamlı sülh yalnız ağıl və kompromis əsasında mümkündür, buna bütün tərəflər arasında danışıqlar yolu ilə nail olmaq olar”. “Rusiya regionda sabitliyin təminatçısı kimi çıxış edə bilərmi” sualına Usmanov belə cavab verib: “Biz qarşılıqlı faydalı və ya ən azı məqbul razılaşmalar əsasında birgə yaşamağa çalışmalıyıq. Çoxqütblü dünyada Avrasiya regionunun təhlükəsizliyi Rusiya, Çin, Mərkəzi Asiya ölkələri, Türkiyə və Aİ-nin maraqlarını nəzərə almalıdır”.
Miri
18:50 / 08 Sentyabr 2026
24
18:44 / 08 Sentyabr 2026
352
18:22 / 08 Sentyabr 2026
138
18:16 / 08 Sentyabr 2026
48
18:15 / 08 Sentyabr 2026
74
18:11 / 08 Sentyabr 2026
49
18:09 / 08 Sentyabr 2026
49
17:59 / 08 Sentyabr 2026
244
17:41 / 08 Sentyabr 2026
75
17:39 / 08 Sentyabr 2026
55
16:15 / 08 Sentyabr 2026
79
16:13 / 08 Sentyabr 2026
70
15:50 / 08 Sentyabr 2026
81
15:36 / 08 Sentyabr 2026
67
15:30 / 08 Sentyabr 2026
118
15:25 / 08 Sentyabr 2026
64
15:24 / 08 Sentyabr 2026
61
15:04 / 08 Sentyabr 2026
76
15:01 / 08 Sentyabr 2026
171
14:49 / 08 Sentyabr 2026
991
14:45 / 08 Sentyabr 2026
65
14:30 / 08 Sentyabr 2026
66
14:10 / 08 Sentyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.