Qaynar xətt:

(+99450) 247 90 86

MAQATE rəhbəri Rusiyaya səfərindən sonra Zelenski ilə görüşməyi planlaşdırdığını açıqlayıb

MAQATE rəhbəri Rusiyaya səfərindən sonra Zelenski ilə görüşməyi planlaşdırdığını açıqlayıb

DÜNYA

370

22.08.2024, 20:17

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Rusiyanın Kursk AES-ə baş çəkdikdən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək və danışmaq üçün Ukraynaya getmək niyyətində olduğunu bildirib.

 

Oxu24.com xəbər verir  ki, O, bu barədə Bloomberg-ə müsahibəsində bildirib.

 

“Qrossi yaxın bir neçə gün ərzində zavoda baş çəkməyi, daha sonra Kiyevə getməyi və orada Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmağı planlaşdırır”, – nəşr yazır.

 

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin cümə axşamı, avqustun 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Kursk atom elektrik stansiyasına zərbə endirməyə cəhd etdiyini bildirib.

“Düşmən bu gün gecə saatlarında AES-ə zərbə endirməyə cəhd edib. Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verilib, onlar söz verirlər ki, gəlib vəziyyəti qiymətləndirmək üçün mütəxəssislər göndərsinlər”, - deyə dövlət başçısı bildirib.

 

Miri