AZAL açıqlama yaydı
08 Sentyabr 2026, 16:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
340
22.08.2024, 14:44
Afrika Birliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Africa CDC) bir neçə gün ərzində Konqo Demokratik Respublikasında (KDR) və qitənin digər ölkələrində meymun çiçəyi virusuna qarşı peyvənd tədqiqatlarına başlayacağını açıqlayıb.
"Cebheinfo.az"-ın "Africa News" internet saytına istinadən xəbərinə görə, Africa CDC bir neçə gün ərzində meymunçiçəyi hadisələrinin ən çox yayıldığı KDR başda olmaqla Afrika ölkələrində peyvənd işlərinə başlayacaq.
Avropa İttifaqının (Aİ) biotexnologiya şirkəti Bavaria Nordic ABŞ və Yaponiyanın peyvənd tədarükü mövzusunda öhdəlik götürməsinin ardından şərh edən Afrika CDC, qısa müddətdə peyvənd dozalarını alacaqlarını deyib.
Afrika CDC-nin baş direktoru Jean Kaseya da peyvəndlərin təhlükəsiz saxlanmasının və düzgün idarə edilməsinin son dərəcə vacib olduğunu bildirib.
Kaseya qeyd edib ki, vaksinlərin paylanmasını asanlaşdırmaq üçün meymunçiçəyi aşkar edilən ölkələrlə logistika və kommunikasiya strategiyaları üzərində işləyirlər.
Bu il Afrikada təqribən 19 min meymunçiçəyinə yoluxma olub ki, bunların da əksəriyyəti KDR-də görülüb.
Burundi, Mərkəzi Afrika Respublikası, Konqo, Kamerun, Qana, Liberiya, Nigeriya, Ruanda, Keniya, Fil Dişi Sahili və Cənubi Afrika virusun müşahidə olunduğu ölkələr sırasındadır.
20:20 / 08 Sentyabr 2026
1
20:10 / 08 Sentyabr 2026
23
20:05 / 08 Sentyabr 2026
26
20:03 / 08 Sentyabr 2026
27
18:50 / 08 Sentyabr 2026
56
18:44 / 08 Sentyabr 2026
578
18:22 / 08 Sentyabr 2026
341
18:16 / 08 Sentyabr 2026
61
18:15 / 08 Sentyabr 2026
89
18:11 / 08 Sentyabr 2026
58
18:09 / 08 Sentyabr 2026
58
17:59 / 08 Sentyabr 2026
308
17:41 / 08 Sentyabr 2026
90
17:39 / 08 Sentyabr 2026
62
16:15 / 08 Sentyabr 2026
95
16:13 / 08 Sentyabr 2026
77
15:50 / 08 Sentyabr 2026
88
15:36 / 08 Sentyabr 2026
74
15:30 / 08 Sentyabr 2026
125
15:25 / 08 Sentyabr 2026
71
15:24 / 08 Sentyabr 2026
66
15:04 / 08 Sentyabr 2026
82
15:01 / 08 Sentyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.