Qaynar xətt:

(+99450) 247 90 86

Harris artıq rəsmi olaraq prezidentliyə namizəddir

Harris artıq rəsmi olaraq prezidentliyə namizəddir

DÜNYA

232

21.08.2024, 10:26

CNN xəbər verir ki, Demokrat Partiyasının nümayəndələri ABŞ-ın vitse-prezidenti Kamala Harrisi prezidentliyə namizəd kimi təsdiqləyiblər.

 

Səsvermə avqustun 20-də axşam partiyanın Çikaqoda keçirilən milli qurultayında baş tutub.


Kamala Harris qurultayda Viskonsin ştatından video bağlantı vasitəsilə çıxış etdi. “Biz sizin namizədləriniz olmaqdan qürur duyuruq. Bu kampaniya xalqın gücü üzərində qurulub və biz birlikdə irəliyə doğru yeni bir yol açacağıq”, - Harris bildirib.

Kamala Harris və onun vitse-prezidentliyə namizədi Minnesota qubernatoru Tim Vals avqustun əvvəlində onlayn səsvermədə səslərin əksəriyyətini qazanaraq Demokratların rəsmi namizədləri oldular.

Demokratik Milli Konvensiya avqustun 19-22-də Çikaqoda keçirilir. Qurultayın son günündə Kamala Harris çıxış edəcək.

ABŞ-ın hazırkı prezidenti Co Bayden iyulun 21-də yenidən seçkilərdə iştirak etməkdən imtina etdi və vitse-prezidenti Kamala Harrisi Demokrat Partiyasının namizədi kimi dəstəklədi.

 

Miri