Qaynar xətt:

(+99450) 247 90 86

Litvada alman hərbi qulluqçuları üçün bazanın tikintisinə başlanılıb

Litvada alman hərbi qulluqçuları üçün bazanın tikintisinə başlanılıb

DÜNYA

323

20.08.2024, 13:41

Litva 2027-ci ilin sonuna qədər Almaniya Silahlı Qüvvələrinin 4000 əsgərinin yerləşəcəyi hərbi bazanın tikintisinə başlayıb. Bu, İkinci Dünya Müharibəsindən sonra alman qoşunlarının xaricə ilk daimi yerləşdirilməsi olacaq.

 

Reuters yazır ki, Almaniya keçən il Baltikyanı respublika qarşısında belə öhdəlik götürüb.


Litva Ordusunun Ali Baş Komandanı Raymundas Vaiksnorasın hesablamalarına görə, yaxın üç ildə bazanın inkişafına 1 milyard avrodan çox vəsait xərclənəcək. O qeyd edib ki, bu, ölkə tarixində ən böyük layihələrdən biri olacaq. Rudninkay kəndi yaxınlığında tikilən bazanın ərazisində atış tirləri, tanklar üçün anqarlar və digər texnikalar tikiləcək. Hərbi şəhərciyin ərazisi 170 hektar olacaq. Daha 1000-ə yaxın alman əsgəri və mülki podratçılar Litvanın digər ərazilərində yerləşdiriləcək.

"Bundesver briqadası əhalimizi sakitləşdirmək və rusları çəkindirmək vasitəsi kimi işləyəcək" deyə  Vaikşnoras bildirib.

Öz növbəsində Almaniya hökuməti 105 ədəd Leopard 2 A8 tankı sifariş etmək üçün parlamentdən 2,93 milyard avro istəyib, onlardan bəzilərinin Rudninkaydakı bazada yerləşdirilməsi planlaşdırılır.

 

Miri