Qaynar xətt:

(+99450) 247 90 86

İsrail BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İdarəsi ilə əlaqələrini kəsib

İsrail BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İdarəsi ilə əlaqələrini kəsib

DÜNYA

278

19.08.2024, 21:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) İdarəsi ilə əlaqələrini tamamilə kəsib.

 

Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti-yə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müavini Nada Əl-Naşif bildirib.

O, İsrailin insan haqlarını izləyən və qoruyan agentliyin İordan çayının qərb sahilindəki ofisini yenidən açmasına icazə vermədiyini söylədi. Bundan başqa, İsrail tərəfi əməkdaşlarının Qəzza zolağına daxil olmasına icazə vermir.

Onun sözlərinə görə, OHCHR-in viza sorğularına artıq cavab verilmir və təşkilatın humanitar yardım işçiləri kimi yalnız bəzi əməkdaşları cavab ala bilər.

“Bizim artıq İsraillə siyasi əlaqələrimiz yoxdur, onlar onları tamamilə kəsiblər”, - deyə Əl-Naşif yekunlaşdırıb.

Ötən noyabrda BMT İsrailin BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkün ölkəyə səfərini qadağan etdiyini bildirmişdi.

2024-cü ilin iyulunda İsrail hakimiyyəti BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sponsorluq etdiyi 108 HƏMAS terrorçusunun adını dərc edib. Bundan sonra qurum araşdırmaya başlayıb.

Bundan əvvəl husilər Yəmənin paytaxtında BMT-nin İnsan Haqları İdarəsinin ofisini ələ keçirmişdilər.

 

Miri