Belarus prezidenti Aleksandr Lukaşenko etiraz aksiyaları ilə bağlı cinayətlərə görə məhkum olunmuş 30 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Pool of the First” Telegram kanalı məlumat yayıb.
Verilən məlumata görə, əfv olunanlar arasında 14-ü qadın, 16-sı kişi, bəzilərinin isə ağır xəstəlikləri var. Pensiya yaşında olanlar da var.
Bildirilir ki, əfv olunanların hamısı təqsirlərini etiraf ediblər, əməllərindən peşman olublar və qanuna əməl edəcəklərini bildiriblər. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət Belarusun Daxili İşlər Nazirliyi tərəfindən təmin ediləcək.
Nigar
Oxu24.com
ŞƏRHLƏR