Qaynar xətt:

(+99450) 247 90 86

Kanada Rusiyaya qarşı silahlarından istifadə etməyə icazə verdi

Kanada Rusiyaya qarşı silahlarından istifadə etməyə icazə verdi

DÜNYA

367

16.08.2024, 20:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kanada Milli Müdafiə Departamenti Ukraynaya verilən silahların istifadəsinə coğrafi məhdudiyyətlər qoymur.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Kanadanın CBC telekanalı məlumat yayıb.

O, ölkənin müdafiə departamentinə istinad edərək qeyd edir ki, “Kanada Ukraynaya verdiyi hərbi texnikanın istifadəsini hər hansı konkret coğrafi bölgə ilə məhdudlaşdırmır”. Bu bəyanat Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu fonunda verilib.

Məqalədə vurğulanır ki, Ottava əvvəllər Kanadanın tədarük etdiyi silahların Rusiya ərazisində istifadə oluna biləcəyi sualına birbaşa cavab verməkdən yayınıb. CBC qeyd edir ki, Amerikanın CNN telekanalının bu yaxınlarda Rusiya və Ukrayna sərhədində lentə aldığı videogörüntülərdə kanadalı “Roshel Senator” zirehli transportyoru görünür.

 

Miri