Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynalıları Belarusa getməməyə çağırıblar

Ukraynalıları Belarusa getməməyə çağırıblar

DÜNYA

380

14.08.2024, 22:26

Ukrayna Xarici Kəşfiyyat Xidməti ölkə vətəndaşlarını Belarusa səfərdən çəkinməyə çağırıb.

Xidmətin saytındakı mesajda qeyd edildiyi kimi, Belarusda qalmaq  Ukrayna vətəndaşlarının təhlükəsizliyi və həyatı üçün təhlükə yarada bilər.  Xidmətin məlumatına görə, dərin təhlil üçün vətəndaşlardan şəxsi telefonlar da götürülə bilər.

Hazırda ukraynalılar Belarus ərazisinə Ukraynadan başqa onunla həmsərhəd olan digər dövlətlər vasitəsilə daxil ola bilərlər.

 

Nigar