Qaynar xətt:

(+99450) 247 90 86

Fələstin lideri İranın cavabı ilə bağlı xəbərdarlıq edib

Fələstin lideri İranın cavabı ilə bağlı xəbərdarlıq edib

DÜNYA

400

13.08.2024, 21:58

İran yaxın saatlarda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə cavab verəcəyinə qərar verə bilər, Fələstin müharibə istəmir.

 

Oxu24.com xəbər verir  ki,bunu Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşün yekunları üzrə TASS-a müsahibəsində deyib.

 

“Qərar yaxın bir neçə gün, hətta yaxın bir neçə saat ərzində verilə bilər”, - Abbas bildirib. - Birincisi, biz fələstinlilər olaraq müharibəyə qarşıyıq. Oktyabrın 7-də biz rəsmən bəyan etdik ki, biz müharibənin əleyhinəyik, dinc əhalinin, qadınların, uşaqların öldürülməsinə qarşıyıq. Nə baş verəcəyini hələlik proqnozlaşdıra bilmərik, amma ümid edə bilərik ki, heç bir eskalasiya olmayacaq, nəticələrini qiymətləndirmək çətin olan müharibə olmayacaq”.

Miri