Qaynar xətt:

(+99450) 247 90 86

İki ay öncə evlənən 91 yaşlı milyarder öldü

İki ay öncə evlənən 91 yaşlı milyarder öldü

DÜNYA

227

12.08.2024, 20:57

Avstriyalı iş adamı, milyarder Riçard Luqner vəfat edib.

OXU24.COM  xəbər verir ki, o, 91 yaşında Vyanadakı malikanəsində gözlərini dünyaya yumub.

Altı dəfə evlənən tikinti maqnatının sonuncu toyu iyun ayında baş tutmuşdu. Luqner 42 yaşlı Simone Reilendertlə ailə qurmuşdu.

Qeyd edək ki, dörd övladı olan R.Luqner Avstriya prezident seçkisində iki dəfə (1998 və 2016-cı illərdə) müstəqil namizəd kimi iştirak edib.