Qaynar xətt:

(+99450) 247 90 86

Bayden Yaxın Şərqdə vəziyyətin inkişaf perspektivlərini dəyərləndirib

Bayden Yaxın Şərqdə vəziyyətin inkişaf perspektivlərini dəyərləndirib

DÜNYA

287

11.08.2024, 18:55

ABŞ prezidenti Co Bayden Yaxın Şərqdəki hazırkı vəziyyətin regional müharibəyə çevrilə biləcəyini deyib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə CBS məlumat yayıb.

 

Baydenin sözlərinə görə, 2025-ci ilin yanvarında vəzifəsini tərk etməzdən əvvəl Qəzza zolağında atəşkəs hələ də mümkündür.

 

Prezident əlavə edib ki, onun G7 və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən dəstəklənən planı hələ də realdır.

 

Bayden əlavə edib ki, bölgədəki vəziyyətin müharibəyə çevrilməməsi üçün hər gün komandası ilə işləyir.

 

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu demişdi ki, “bəzi ekstremist ünsürlərə” qarşı repressiyalardan sonra Qəzza zolağında sülh razılaşması şansı artıb.

 

Beyrutda Hizbullah komandiri Fuad Şükrü və Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı sui-qəsdin danışıqların gedişinə necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran siyasətçi şansların artdığını qeyd edib. O, əlavə edib ki, artıq mövcud olmayan “bəzi ekstremist elementlər” sövdələşməyə qarşı çıxıblar.

 

Nigar