Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madridə səfəri çərçivəsində İspaniya Kralı VI Filip ilə görüşüb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlərin vəziyyəti, o cümlədən regional və qlobal məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə-İspaniya əlaqələrinin daha da inkişaf edəcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu bildirib. O, qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə, o cümlədən ticarət dövriyyəsinin həcminin artırılması sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR