"Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparılmalıdır".
Oxu24.com xəbər verir ki, bunu Avropa Parlamentinə (AP) seçkilərdə qalib gələn “Milli Mitinq” partiyasından olan fransız siyasətçisi Lui Alio “Europe 1” radiostansiyasının efirində deyib.
“Fransa xüsusilə Ukraynada sülh və diplomatiyanın tərəfdarıdır. Sülh danışıqları aparılmalıdır”, - deyə siyasətçi bildirib.
O, qeyd edib ki, Ukraynada və Qəzza zolağında münaqişələr diplomatik yollarla həll olunarsa, tezliklə bitə bilər. L.Alionun fikrincə, Qərb ölkələri oduna çoxlu yanacaq qatıb və bununla da Ukraynadakı hazırkı hərbi əməliyyatları uzadır.
Xatırladaq ki, iyunun 7-də Rusiya prezidenti Vladimir Putin Kiyevlə danışıqlara başlamaq üçün iki şərt göstərib. O, Moskvanın maraqlarına uyğun gələn və mümkün qədər etibarlı razılaşmalara nail olmağın vacibliyini vurğulayıb.
Yeganə
Mənbə: Lenta.ru
ŞƏRHLƏR