Qaynar xətt:

(+99450) 247 90 86

Küveytdə yanaraq ölənlərin sayı artdı

Küveytdə yanaraq ölənlərin sayı artdı

DÜNYA

381

13.06.2024, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Küveytin cənubunda asiyalı fəhlələrin yaşadıqları yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 49-a çatıb.

Oxu24.com xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik qeyd edib ki, təxminən 200 nəfərin yaşadığı 6 mərtəbəli binada yanğın iyunun 12-də səhər saatlarında baş verib. Yanğın qaz balonlarının yerləşdiyi birinci mərtəbədən başlayıb.