Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ yeni anti-Rusiya sanksiyalarının tətbiqini açıqlayıb

ABŞ yeni anti-Rusiya sanksiyalarının tətbiqini açıqlayıb

DÜNYA

210

12.06.2024, 20:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Ukraynada xüsusi əməliyyatın keçirilməsinə köməklik göstərdiyinə görə fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

 

Oxu24.com  xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

 

ABŞ Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin birgə məhdudiyyətləri Rusiyanın dağ-mədən sektorunu, energetika və metallurgiya sahələrini dəstəkləyənlərə şamil edilir.

 

Blinkenin bildirdiyi  kimi, Rusiyaya “geniş çeşiddə ikili təyinatlı məhsullar” tədarük edən Çin müəssisələri də sanksiyalara məruz qalıb.

 

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi yeni anti-Rusiya sanksiyaları elan etmişdi. Digər məsələlərlə yanaşı, ABŞ öz vətəndaşlarına və şirkətlərinə Rusiyada bir sıra İT xidmətləri göstərməyi qadağan edib.

 

Nigar