"TikTok"da qlobal problemlər yaşanır
25 Noyabr 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
280
12.06.2024, 19:15
BMT-nin baş katibi Antonio Quterres İsveçrədə keçiriləcək “sülh sammitində” iştirak etmək istəmədiyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, Quterreşin sözlərinə görə, o, konfransın keçiriləcəyi tarixlər üçün ləğv edilə bilməyən başqa şeylər planlaşdırıb.
Quterreş 15 və 16 iyunda konkret olaraq nə etməyi planlaşdırdığını açıqlamayıb.
“Mənim özüm gəlməməyimin heç bir siyasi əhəmiyyəti yoxdur, BMT müşahidəçi qismində təmsil olunacaq”, - baş katib qeyd edib.
Qeyd edək ki, Amerika mətbuatının yazdığına görə, ABŞ prezidenti Co Bayden sammitdə iştirak etməyəcək. Amerika lideri seçki kampaniyasını ştatlarda aparmağa üstünlük verib.
Xatırladaq ki, Ukrayna üzrə konfrans 2024-cü il iyunun 15-16-da İsveçrədə keçiriləcək. Tədbir Ukraynadakı münaqişədə sülhü təşviq etmək məqsədi daşıyır, lakin Rusiya buna dəvət edilmir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl İsveçrədə Ukrayna ilə bağlı sammiti ABŞ Dövlət Departamentinin uydurduğu “daha bir fırıldaq” adlandırmışdı.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Cənubi Afrika prezidenti Siril Ramafosa və digər siyasətçilər əvvəllər konfransda iştirakdan imtina ediblər.
İyunun 2-də Səudiyyə Ərəbistanının Ukrayna münaqişəsinin həlli üzrə konfransda iştirakdan imtina etdiyi məlum olub. Qeyd edildiyi kimi, ölkə hakimiyyəti bu qərarı sammitdə Rusiya nümayəndələrinin olmayacağına görə verib. Qırğızıstan hakimiyyəti də tədbirə qatılmaqdan imtina edib.
İyunun 7-də BMT-nin baş katibi Antonio Quterreşin də Ukrayna ilə bağlı konfransda iştirak etməyəcəyi məlum olub.
Nigar
12:58 / 25 Noyabr 2026
26
12:57 / 25 Noyabr 2026
34
12:55 / 25 Noyabr 2026
39
12:52 / 25 Noyabr 2026
47
12:45 / 25 Noyabr 2026
54
12:37 / 25 Noyabr 2026
63
12:27 / 25 Noyabr 2026
77
12:21 / 25 Noyabr 2026
109
12:18 / 25 Noyabr 2026
78
12:14 / 25 Noyabr 2026
95
12:05 / 25 Noyabr 2026
87
11:58 / 25 Noyabr 2026
87
11:52 / 25 Noyabr 2026
325
11:50 / 25 Noyabr 2026
104
11:48 / 25 Noyabr 2026
99
11:45 / 25 Noyabr 2026
86
11:40 / 25 Noyabr 2026
105
11:38 / 25 Noyabr 2026
110
11:29 / 25 Noyabr 2026
96
11:25 / 25 Noyabr 2026
102
11:15 / 25 Noyabr 2026
118
11:11 / 25 Noyabr 2026
103
11:10 / 25 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.