Qaynar xətt:

(+99450) 247 90 86

İranda onlarla satanist saxlanılıb

İranda onlarla satanist saxlanılıb

DÜNYA

309

01.06.2024, 20:10

İranın qərbində yerləşən Xuzistan əyalətinin Dizful şəhərində polis əməkdaşları satanistlərin toplantısında iştirak edən 35 nəfəri saxlayıblar.

 

Oxu24.com xəbər verir  ki, İSNA xəbər agentliyi şəhərin hüquq-mühafizə qüvvələrinin komandanı, polkovnik Ruhullah Yari-zadənin bəyanatına istinadən xəbər verir.

 

“Şeytan qruplaşmasının görüşləri barədə xəbər aldıqdan sonra polis əməkdaşları xəbərin həqiqiliyini yoxladıqdan sonra görüşlərin yerini müəyyənləşdirə biliblər və məhkəmə orqanları ilə razılaşdırdıqdan sonra orada olanları - 31 kişi və 4 qadını saxlayıblar ",-deyə məlumatda qeyd edilir.

 

Agentlik bildirir ki, “toplantıda müxtəlif vilayətlərdən olan insanlar iştirak edib, həmin ərazidən şeytani simvollar, spirtli içkilər və narkotik vasitələr aşkar edilərək məhkəmə orqanlarına təhvil verilib”.

 

Nigar