Türklər dərhal ölkəmizi tərk etməlidirlər - General
11 Sentyabr 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
238
01.06.2024, 09:11
ABŞ silahları ilə Rusiya ərazisinə ilk zərbələr bir neçə saat və ya gün ərzində başlaya bilər.
OXU24.COM xəbər verir ki, bu barədə “Nyu-York Tayms” Amerika rəsmilərinə istinadla məlumat yayıb.
Nəşr yazır ki, Ukraynaya verilən icazə yalnız Rusiya qüvvələrinin bu yaxınlarda yeni hücuma keçdiyi Xarkov vilayətinin müdafiəsinə aiddir. Prezident Co Baydenin məsləhətçilər və əsas müttəfiqlərinin təzyiqi altında qərar verdiyi deyilir:
“Prezident öz komandasına Ukraynanın Xarkov vilayətindən əks atəş açmaq üçün ABŞ-nin verdiyi silahlardan istifadə edə bilməsini təmin etməyi tapşırıb ki, Ukrayna ona hücum edən və ya hücuma hazırlaşan Rusiya qüvvələrini dəf edə bilsin”.
Bununla yanaşı, ABŞ rəsmilərinin Rusiya daxilinə uzaqmənzilli zərbələri qadağan etmək siyasətin dəyişmədiyini söyləyirlər. Rəsmilər siyasi dəyişikliyin dünən qüvvəyə mindiyini bildirirlər.
Nəşr qeyd edir ki, Bayden bununla özünün çəkdiyi qırmızı xətti keçir. ABŞ rəsmisi etiraf edir ki, Rusiya Xarkovdan kənarda hücumlar həyata keçirərsə, məhdudiyyətlər daha da yumşalda bilər.
“Bu yeni reallıqdır. Bəlkə də Ukrayna münaqişəsində yeni dövrdür”, - amerikalı rəsmi vurğulayır.
Ağ Evdə müzakirələr bağlı qapılar arxasında və dar çərçivədə aparılıb.
Artıq Kreml də ABŞ-nin qadağasının qismən ləğv edilməsinə təpki verib.
“Bizə məlumdur ki, artıq Rusiya ərazisinə hücum üçün ABŞ istehsalı silahlardan istifadə olunur. Bu, bizim üçün kifayətdir və bu, ABŞ-nin bu münaqişədə iştirakının dərəcəsini göstərir”, - Kremlin sözçüsü Dmitri Peskov deyib.
13:05 / 11 Sentyabr 2026
1
12:57 / 11 Sentyabr 2026
31
12:52 / 11 Sentyabr 2026
126
12:48 / 11 Sentyabr 2026
42
12:45 / 11 Sentyabr 2026
42
12:31 / 11 Sentyabr 2026
55
12:24 / 11 Sentyabr 2026
79
12:21 / 11 Sentyabr 2026
54
12:14 / 11 Sentyabr 2026
54
12:06 / 11 Sentyabr 2026
146
11:59 / 11 Sentyabr 2026
59
11:58 / 11 Sentyabr 2026
56
11:55 / 11 Sentyabr 2026
448
11:50 / 11 Sentyabr 2026
57
11:31 / 11 Sentyabr 2026
63
11:30 / 11 Sentyabr 2026
58
11:00 / 11 Sentyabr 2026
58
10:52 / 11 Sentyabr 2026
1315
10:48 / 11 Sentyabr 2026
66
10:44 / 11 Sentyabr 2026
140
10:38 / 11 Sentyabr 2026
69
10:34 / 11 Sentyabr 2026
65
10:33 / 11 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.