Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Ermənistanda çökən dəmir yolunu bərpa edir

Rusiya Ermənistanda çökən dəmir yolunu bərpa edir

DÜNYA

329

31.05.2024, 22:32

Mayın 25-də Ermənistanın Lori və Tavuş vilayətlərində baş vermiş təbii fəlakət zamanı çökən dəmir yol infrastrukturun bərpasına Rusiya dəstək göstərir.

OXU24.COM  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Bildirilib ki, bununla bağlı Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Ermənistanın hökumət rəhbərinin müavini Mqer Qriqoryan arasında razılıq əldə edilib.

Rəsmi Moskva bərpa prosesinin xərclərini öz üzərinə götürüb. Həmçinin işə rusiyalı mütəxəssislər cəlb olunub.