Moskvanın Martenovskaya küçəsindəki anbarlardan birində yanğın olub.
APA-nın “iz.ru”ya istinadən məlumatına görə, alov qısa müddətdə 4 min kv. km ərazini əhatə edib.
Yanğının söndürülməsinə 120 nəfərlik şəxsi heyət, eləcə də 40 ədəd xüsusi texnika və helikopter cəlb olunub.
Hadisə tam lokallaşdırılanadək ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Mütəxəssislər yanğın nəticəsində binanın 1,5 min kv.km-lik hissəsinin dağıldığını açıqlayıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, görülən tədbirlər nəticəsində yanğın tamamilə söndürülüb.
Faktla bağlı Moskva Şəhər Prokurorluğunda cinayət işi açılıb.
Oxu24.com
ŞƏRHLƏR