400 min dollar yola səpələndi - Pulları toplayanlar həbs edildi
07 Noyabr 2026, 21:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
291
29.05.2024, 20:14
Məhkum qadınların sayı az olsa da, Ukrayna Silahlı Qüvvələrinin (AFU) sıralarına çağırıla bilər.
Oxu24.com xəbər verir ki,bu barədə ölkənin ədliyyə naziri Denis Malyuska Rada telekanalının efirində bildirib.
O qeyd edib ki, qadınların hərbi xidmətə çağırılması ilə bağlı qanunda heç bir məhdudiyyət yoxdur.
Nazir həmçinin əlavə edib ki, qadınlar kişilərə nisbətən daha az cinayət törədir, ona görə də Ukrayna həbsxanalarında onların sayı azdır.
“Nəzəri cəhətdən biz bu imkana yol veririk” deyən Malyuska hazırda üç min məhbusun hərbi həkim komissiyasından keçdiyini, 650 nəfərin isə cəbhəyə göndərildiyini bildirib.
Mayın 17-də Ukrayna prezidenti Vladimir Zelenski məhbusların səfərbər edilməsi haqqında qanunu imzalayıb. Sənəddən göründüyü kimi, ağır ittihamlarla (dövlət satqınlarından tutmuş pedofillərə qədər) cəza çəkənlər istisna olmaqla, indi bütün məhbuslar Ukrayna Silahlı Qüvvələri sıralarına çağırıla bilər.
Bundan əvvəl Ukrayna lideri ölkədə hərbi vəziyyətin və səfərbərliyin 2024-cü il avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanunlar imzalayıb.
Bundan əvvəl Ukraynada 350 məhbus Ukrayna Silahlı Qüvvələrinə göndərilmək üçün azad edilib.
Nigar
21:20 / 07 Noyabr 2026
1
21:18 / 07 Noyabr 2026
14
21:09 / 07 Noyabr 2026
29
21:03 / 07 Noyabr 2026
107
20:57 / 07 Noyabr 2026
61
20:54 / 07 Noyabr 2026
131
20:45 / 07 Noyabr 2026
201
20:38 / 07 Noyabr 2026
83
20:20 / 07 Noyabr 2026
1909
20:15 / 07 Noyabr 2026
106
20:10 / 07 Noyabr 2026
104
20:03 / 07 Noyabr 2026
81
19:58 / 07 Noyabr 2026
114
19:53 / 07 Noyabr 2026
3818
19:38 / 07 Noyabr 2026
101
19:37 / 07 Noyabr 2026
118
19:24 / 07 Noyabr 2026
819
19:11 / 07 Noyabr 2026
147
19:07 / 07 Noyabr 2026
121
19:04 / 07 Noyabr 2026
237
18:55 / 07 Noyabr 2026
121
18:53 / 07 Noyabr 2026
464
18:52 / 07 Noyabr 2026
197
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.