İrəvanda keçirilən etiraz aksiyalarının təşkilatçısı, "Mənim addımım" təşəbbüs qrupunun rəhbəri Nikol Paşinyan Rusiyanın Ermənistandakı səfiri İvan Volinkinlə görüşüb.
Oxu24.com Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyan açıqlama verib. O bildirib ki, səfir İvan Volinkinlə görüşündə Rusiyanın Ermənistandakı hadisələrə müdaxilə etməyəcəyinə dair vəd verilib.
Görüş Paşinyanın təşəbbüsü ilə baş tutub. O, səfirlə görüşdə Ermənistandakı daxili-siyasi vəziyyət və Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıldığını qeyd edib. Lakin Paşinyan bu barədə ətraflı məlumat verməyib. Oxu24.com
ŞƏRHLƏR