Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğandan İrana başsağlığı verib

Ərdoğandan İrana başsağlığı verib

DÜNYA

312

20.05.2024, 20:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran prezidentinin müavini Məhəmməd Muhbir arasında telefon danışığı olub.

 

Oxu24.com xəbər  verir  ki, Ərdoğan Türkiyənin bu ağrılı günlərdə İranın yanında olduğunu və İran xalqının kədərinə şərik olduğunu bildirib.

 

 

Prezident Ərdoğan telefon danışığında  İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə birlikdə heyət üzvləri ilə birlikdə faciəvi helikopter qəzasında həlak olanlara görə dərin hüznlə başsağlığı verib və səbr diləyib.

 

Türkiyənin bu ağrılı günlərdə İranın yanında olduğunu və İran xalqının kədərinə şərik olduğunu bildirən prezident Ərdoğan, Türkiyənin İrana qarşı qonşuluq və qardaşlıq qanununun tələblərini gələcəkdə də yerinə yetirməyə davam edəcəyini bildirib.

 

Prezident Ərdoğan Rəisi və Abdullahiyanın Türkiyə və İran əlaqələrinə verdiyi töhfələrin hər zaman xatırlanacağını bildirib.

 

Miri