Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Ukraynada istənilən sülh təşəbbüslərini alqışlayır

Rusiya Ukraynada istənilən sülh təşəbbüslərini alqışlayır

DÜNYA

234

16.05.2024, 09:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Ukraynada istənilən sülh təşəbbüslərini alqışlayır.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov REN TV-yə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Çində keçiriləcək danışıqlarda Ukraynadakı münaqişənin mövzusu və onun həlli yolları da müzakirə olunacaq.

 

Peskov qeyd edib ki, Rusiya çinli həmkarlarının mümkün perspektivlər, vəziyyəti həll etmək üçün yeni cəhdlərə başlamaq üçün mümkün əsaslar barədə baxışlarında maraqlıdır.

 

Bundan əvvəl Pekində Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin iştirakı ilə geniş tərkibdə Rusiya-Çin danışıqları başlayıb.

 

Görüşün yekununda tərəflər birgə sənədlər imzalayacaqlar. İki ölkənin başçıları həmçinin ÇXR ilə Rusiya Federasiyası arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə dair bəyanat qəbul etmək niyyətindədirlər.

 

Daha sonra Putin və Si Cinpinq qeyri-rəsmi şəraitdə ünsiyyətə başlayacaqlar.

 

Nigar