Bu türk ölkəsi də KTMT-yə qoşulur? – Qurumdan açıqlama
13 Sentyabr 2026, 12:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
406
15.05.2024, 23:49
Avropa İttifaqının (Aİ) tənzimləyici orqanları "Microsoft" korporasiyasına qarşı antiinhisar qanunlarını pozduğuna görə ittiham irəli sürməyə hazırlaşırlar.
OXU24.COM bildirir ki, Avropa Komissiyası (AK) Amerika İT nəhənginə qarşı monopoliya yaratmaqda ittiham irəli sürəcək. Səbəb mesajlaşma, video zənglər və sənədlər üzərində birgə iş üçün nəzərdə tutulmuş "Teams" korporativ servisi olub.
Brüsseldə hesab edirlər ki, "Teams" oxşar xidmətlər üçün bazarda rəqabəti pozur, çünki tətbiq "Windows" əməliyyat sistemi və "Microsoft"un digər məhsulları ilə sıx inteqrasiya olunub. Servis, həmçinin istifadəçi məlumatlarının başqa platformalara ötürülməsinin qarşısını alır. Əgər "Microsoft"un günahı sübuta yetirilərsə, korporasiya qlobal illik dövriyyənin on faizinə qədər böyük məbləğdə cərimə ödəməli olacaq.
Aprel ayında tənzimləyici yoxlamalardan yayınmaq istəyən "Microsoft", "Teams"i "Office" proqram paketindən ayırıb. Məlumata görə, rəsmi ittiham bir neçə həftə ərzində irəli sürülə bilər.
Xatırladaq ki, 2013-cü ildə Aİ "Windows" istifadəçilərinə "Internet Explorer" brauzerini təklif etdiyi üçün "Microsoft"u 561 milyon avro cərimələyib.
12:21 / 13 Sentyabr 2026
4
12:19 / 13 Sentyabr 2026
16
12:10 / 13 Sentyabr 2026
29
11:54 / 13 Sentyabr 2026
86
11:46 / 13 Sentyabr 2026
52
11:41 / 13 Sentyabr 2026
90
11:30 / 13 Sentyabr 2026
81
11:00 / 13 Sentyabr 2026
78
10:39 / 13 Sentyabr 2026
412
10:29 / 13 Sentyabr 2026
113
10:26 / 13 Sentyabr 2026
90
10:15 / 13 Sentyabr 2026
75
10:11 / 13 Sentyabr 2026
106
10:02 / 13 Sentyabr 2026
455
09:50 / 13 Sentyabr 2026
105
09:19 / 13 Sentyabr 2026
448
08:58 / 13 Sentyabr 2026
957
08:35 / 13 Sentyabr 2026
120
08:07 / 13 Sentyabr 2026
348
00:51 / 13 Sentyabr 2026
107
00:35 / 13 Sentyabr 2026
664
00:14 / 13 Sentyabr 2026
1699
00:06 / 13 Sentyabr 2026
674
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.