Qaynar xətt:

(+99450) 247 90 86

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir

DÜNYA

299

13.05.2024, 23:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Estoniya prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Madis Roll Breaking Defence portalına müsahibəsində deyib ki, Estoniya hökuməti Ukraynanın qərbinə qoşun yeritmək imkanını “ciddi” müzakirə edir.


Estoniya prezidentinin məsləhətçisinin sözlərinə görə, hökumət hazırda Ukraynaya potensial qoşun yerləşdirməsini təhlil edir və bunu NATO-nun tamhüquqlu missiyasının bir hissəsi kimi – “daha ​​geniş birləşmiş güc və qətiyyət nümayiş etdirmək” üçün etməyə üstünlük verir.

 

“Müzakirələr davam edir. Biz bütün imkanları nəzərdən keçirməliyik. Biz nə edə biləcəyimiz barədə düşüncələrimizi məhdudlaşdırmamalıyıq"- deyə o bildirib.

 

Roll bildirib  ki, Estoniya potensial olaraq Ukraynanın qərbinə daha kiçik koalisiyanın bir hissəsi kimi qoşun göndərməyə hazırdır, lakin hazırda belə bir hərəkətə qarşı çıxan NATO üzvlərinin “zamanla” fikirlərini dəyişməsi “mümkündür”.

 

Nigar