Qaynar xətt:

(+99450) 247 90 86

Serbiya Ukraynaya səfir göndərəcək

Serbiya Ukraynaya səfir göndərəcək

DÜNYA

310

13.05.2024, 23:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, ölkə xüsusi hərbi əməliyyat başlayandan bəri ilk dəfə Ukraynaya öz səfirini göndərib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə BBC telekanalı məlumat yayıb.

 

Bildirilir ki, bu qərar Vuçiçin Belqradda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra verilib.

 

Bundan əvvəl Serbiyanın baş nazirliyinə namizəd Miloş Vuçeviç bildirmişdi ki, Serbiyanın gələcək hökuməti Kosovonun və Metohiyanın müstəqilliyini tanımayacaq və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.

 

Vuçeviçin fikrincə, kollektiv təhqir əsasında ölkənin rifahını və vətəndaşları üçün daha yaxşı gələcək qurmaq mümkün deyil. O, fikrini açıqlayaraq izah edib ki, söhbət Kosovonun və Metoxiyanın müstəqilliyinin tanınmasından və Serbiyanın Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmasından gedir və bu, onun nöqteyi-nəzərindən qəbuledilməzdir.

 

Bundan əlavə, baş nazirliyə namizəd bəyan edib ki, onun təyinatından sonra respublika Rusiya ilə dostluq münasibətlərini davam etdirəcək və ona maneə yaratmayacaq.

 

Bundan əvvəl Rusiya BMT Baş Assambleyasında Srebrenitsa ilə bağlı qətnaməyə qarşı çıxıb.

 

Nigar