Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Yaponiyaya atom zərbələrini xatırladaraq, İsrailə bomba təhvil verilməsini istəyib

ABŞ Yaponiyaya atom zərbələrini xatırladaraq, İsrailə bomba təhvil verilməsini istəyib

DÜNYA

272

13.05.2024, 16:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Konqresinin yuxarı palatasının üzvü Lindsi Qrem  ölkə hakimiyyətini Qəzza zolağında hərbi əməliyyatlara son qoymaq üçün lazım olan bombaları İsrailə ötürməyə çağırıb.

 

Oxu24.com  xəbər  verir  ki, Milli Məclisin deputatı bu barədə NBC News-a müsahibəsində bildirib.

 

Yaxın Şərq münaqişə zonasındakı vəziyyəti şərh edən amerikalı qanunverici Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atılmasını xatırladıb.

 

Onun sözlərinə görə, Vaşinqtonun bu qərarı “məqbul idi”.

 

"Beləliklə, İsrail, bir yəhudi dövləti kimi sağ qalmaq üçün nə etməlisənsə et",- deyə  Qrem bildirib.

 

O vurğulayıb ki, İsrailin xarici tərəfdaşları ona “münaqişənin sona çatmasına” kömək edəcək bombalar verməlidir.

 

Öz növbəsində telekanalın aparıcısı hərbi rəsmilərə istinadən qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra texnologiya çox dəyişib. Onun sözlərinə görə, bu, İsrailə hədəflərə daha dəqiq zərbələr endirməyə imkan verir. Lakin senator bu cür bəyanatları cəfəngiyyat hesab edib.

 

Mayın 8-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin yəhudi dövlətinə qısamüddətli hərbi yardımın bəzi növlərinə yenidən baxılacağını açıqlayıb.

 

O, Vaşinqtonun bu qərarı İsrail əsgərlərinin Qəzza zolağının cənubundakı Rəfah şəhərində keçirdiyi əməliyyatla izah edib.

 

Bundan əvvəl İsrail Fələstinin HƏMAS hərəkatına təkbaşına müqavimət göstərə biləcəyini bəyan etmişdi.

 

Nigar