Qaynar xətt:

(+99450) 247 90 86

Almaniya Daxili İşlər Nazirliyi SPD namizədinə edilən hücuma münasibət bildirib

Almaniya Daxili İşlər Nazirliyi SPD namizədinə edilən hücuma münasibət bildirib

DÜNYA

288

04.05.2024, 20:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyanın daxili işlər naziri Nensi Feser Almaniya Sosial Demokrat Partiyasının (SPD) Avropa Parlamentinə aparıcı namizədi Matias Ekkeyə hücumun siyasi motivli olduğu halda, bunun “demokratiyaya ciddi hücum” olacağını bildirib.

 

Oxu24.com  xəbər  verir  ki,Nazir öz fikirlərini Almaniya Daxili İşlər Nazirliyinin X sosial şəbəkəsindəki hesabında dərc edib.

 

“Əgər Avropa Parlamentinin deputatı Matthias Ecke-yə qarşı siyasi motivli hücum Avropa seçkilərinə bir neçə həftə qalmış təsdiqlənərsə, bu zorakılıq aktı da demokratiyaya ciddi hücum olacaq”, - deyə nəşr qeyd edib.

 

Feser hadisəni daxili işlər nazirliklərinin rəhbərləri ilə müzakirə edəcəyinə söz verib.

 

Mayın 4-də Drezdendə SPD-nin üzvü, Avropa Parlamentinə seçkilərə namizəd Mattias Ekeyə hücum edildiyi bildirilib. 41 yaşlı siyasətçiyə hücum o, küçədə seçki plakatları asarkən baş verib.

 

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makronun may və iyun aylarında Almaniyaya səfər etməyi planlaşdırdığı bildirilirdi.

 

Nigar