Qaynar xətt:

(+99450) 247 90 86

Türkmənistan rəsmiləri prezidentin şəkli olan saatlar almağa məcbur olublar

Türkmənistan rəsmiləri prezidentin şəkli olan saatlar almağa məcbur olublar

DÜNYA

297

01.05.2024, 19:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkmənistanın qərbində yerləşən Balkan vilayətində (bölgəsində) dövlət qurumlarının rəhbərləri siferblatında ölkənin indiki və keçmiş prezidentləri Serdar və Qurbanqulu Berdiməhəmmədovun təsvirləri olan hədiyyəli saatlar almağa məcbur edilir.

 

Oxu24.com xəbər  verir   ki,bu barədə “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb.


Hədiyyəli saatların qiyməti ölçü və dizayndan asılı olaraq 1500 (428 dollar) ilə 3000 (850 dollar) manat arasında dəyişir.

 

Mənbənin sözlərinə görə, kiçik büdcə təşkilatlarının rəhbərlərindən daha ucuz saatlar, rayondakı yüksək vəzifəli şəxslərdən isə bahalı saatlar tələb olunub.

 

Bir neçə məktəb direktoru nəşrin müxbirinə verdiyi müsahibədə hədiyyə saatlarının məcburi ticarətinin arxasında Berdiməhəmmədovlara yaxın şəxslərin dayandığını bildirib.

 

Afət