Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10510
az

İranda sel dəhşəti: üç hərbçi həlak oldu

18:2203 Mart, 2019
537
DÜNYA
  • A
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayəti Mircavə rayonunda üç sərhədçini sel aparıb.

Oxu24.com xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayəti valisinin hüquq-mühafizə məsələləri üzrə müavini Məhəmməd Hadi Mərəşi deyib.

Hadi Mərəşinin sözlərinə görə, Mircavə rayonu 93 nömrəli sərhəd müşahidə qülləsi selin içində qalıb.

Hadi Mərəşi əlavə edib ki, müşahidə qülləsini tərk etmək istəyərkən sərhədçilərdən birini sel aparıb, onu xilas etmək istəyən iki hərbçini də sel aparıb.

“İndiyədək hərbçilərdən birinin cəsədi tapılıb, ikisinin cəsədinin tapılması üçün axtarışlar davam edir” –deyə o qeyd edib.

Ötən gündən başlayaraq İranın Sistan və Bəluçestan vilayətində aramsız yağan yağışlar çayların daşması ilə nəticələnib və vilayətin bəzi yolları bağlanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş