SEPAH onlara icazə verdi
27 May 2026, 02:51
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
284
16.03.2024, 16:13
İsrail hakimiyyəti və Fələstinin Həmas hərəkatı bazar günü Qətərdə girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Biri tərəflər arasında danışıqlarda iştirak edən iki Misir rəsmisinin sözlərinə görə, HƏMAS vasitəçilərə üç mərhələli atəşkəs planı üçün yeni təklif təqdim edib.
Birinci mərhələ 35 girovun azad edilməsini əhatə edən altı həftəlik atəşkəs olacaq.
Bunlara Qəzza zolağında saxlanılan qadınlar, xəstələr və qocalar daxildir.
Onlar İsrailin saxladığı 350 fələstinli məhbusla dəyişdiriləcək.
Associated Press-in məlumatına görə, Həmas, həmçinin 50 məhbus müqabilində ən azı beş qadın əsgəri azad edəcək.
Onların arasında terrorizm ittihamı ilə uzun müddət cəza çəkənlər də olacaq.
Misir rəsmiləri qeyd edib ki, İsrail qüvvələri Qəzza zolağında “iki əsas yoldan geri çəkilməli” və məcburi köçkün fələstinlilərin anklavın şimalına qayıtmasına və humanitar yardımların sərbəst buraxılmasına imkan verəcək.
İkinci mərhələdə hər iki tərəf daimi atəşkəs elan etməli olacaq, HƏMAS girovluqda olan qalan İsrail əsgərlərini yeni məhbuslar müqabilində azad edəcək.
Üçüncü mərhələdə İsrailin Qəzzanı blokadadan çıxarması və anklavın yenidən qurulması üçün şərait yaratması müqabilində HƏMAS əlində saxladığı cəsədləri təhvil verəcək.
Misir rəsmiləri atəşkəs razılaşması üzrə danışıqların bazar günü bərpa edilməli olduğunu, lakin “bazar ertəsi” təxirə salına biləcəyini bildirib.
Martın 15-də Reutres agentliyi Fələstinin HƏMAS hərəkatının İsraillə münaqişənin həlli üzrə danışıqlar prosesində vasitəçi olan ölkələrə Qəzza zolağında atəşkəs təklifi göndərdiyini bildirib.
Həmin gün İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, Həmas-ın girovların azad edilməsi razılaşması ilə bağlı mövqeyi real deyil.
Miri
11:11 / 27 May 2026
1
11:09 / 27 May 2026
9
11:02 / 27 May 2026
28
10:53 / 27 May 2026
47
10:45 / 27 May 2026
134
10:40 / 27 May 2026
67
10:35 / 27 May 2026
81
10:24 / 27 May 2026
68
10:17 / 27 May 2026
60
10:10 / 27 May 2026
62
10:09 / 27 May 2026
82
10:06 / 27 May 2026
59
09:55 / 27 May 2026
51
09:52 / 27 May 2026
868
09:47 / 27 May 2026
69
09:42 / 27 May 2026
87
09:40 / 27 May 2026
63
09:32 / 27 May 2026
240
09:25 / 27 May 2026
65
09:09 / 27 May 2026
719
09:02 / 27 May 2026
101
08:59 / 27 May 2026
83
08:53 / 27 May 2026
1021
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.