Qaynar xətt:

(+99450) 247 90 86

Dünyaca məşhur yapon vəfat etdi

DÜNYA

214

08.03.2024, 12:13

Yapon illüstratoru və məşhur Dragon Ball manqasının müəllifi  Akira Toriyama 67 yaşında Yaponiyada vəfat edib.

 

Oxu24.com   xəbər  verir  ki, bu barədə Weekly Shonen Jump jurnalı məlumat yayıb.

 

“Shueisha-nın bütün redaksiya heyəti onun qəfil ölüm xəbərindən çox kədərlənir. Onun çəkdiyi manqa Yaponiyanın hüdudlarından kənara çıxıb, bütün dünyada oxunur və sevilir”, - jurnalın redaktorlarının bəyanatında deyilir.

 

Toriyamanın yaratdığı “Bird Studio” anime studiyasının mətbuat xidməti sənətçinin martın 1-də dünyasını dəyişdiyini bildirib.

Ölümün səbəbi kəskin subdural hematoma olub.

Bird Studio qeyd edib ki, Toriyamanın böyük həvəslə üzərinə götürdüyü bir neçə layihəni tamamlamağa vaxtı olmayıb.

Toriyama 1955-ci ilin aprelində Ayçinin mərkəzi prefekturasında anadan olub. Onun əsərləri 1980-ci illərin əvvəllərində nəşr olunmağa başladı. 1985-ci ildə nəşr olunmağa başlayan Dragon Ball manqası ona geniş şöhrət gətirdi. Yaponiyada manqa təxminən 160 milyon nüsxə satılıb. Dünyada 260 milyondan çox nüsxə satılıb.

Afət