Səfərbərlik elan edilsə, Rusiya ilə sərhədi bağlayacağıq – Baş nazir
20 Sentyabr 2026, 23:42
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
411
26.02.2024, 22:46
Almaniya Federal Kansleri Olaf Şolz İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun Macarıstan parlamenti tərəfindən ratifikasiya edilməsini alqışlayıb və bunu ümumi qələbə adlandırıb.
Oxu24.com xəbər verir ki, X sosial şəbəkəsindəki səhifəsində o, Stokholmun alyansa qoşulmasının Avropanın təhlükəsizliyini gücləndirəcəyini yazıb.
“İsveçin NATO-ya yolu açıqdır - bu, hamımızın qələbəsidir. Yaxşı haldır ki, bu gün Macarıstan parlamenti girişi təsdiqləyib. Qərar bizim müdafiə ittifaqımızı və bununla da Avropanın və dünyanın təhlükəsizliyini gücləndirir”, - deyə Almaniya kansleri yazıb.
Bundan əvvəl Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi ratifikasiya edib. Sənədin təsdiqinə 188 deputat, əleyhinə isə 6 deputat səs verib.
Bir neçə aylıq gecikmədən sonra Macarıstan alyansın 31 üzvü arasında İsveçin NATO-ya daxil olmasını ratifikasiya edən sonuncu ölkə oldu.
Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun Macarıstan parlamentinin ratifikasiyasını alqışlayıb.
Daha əvvəl İsveçin baş naziri Stokholmun NATO-ya müraciəti ilə bağlı Macarıstan parlamentinin qərarını dəyərləndirib.
Miri
12:25 / 21 Sentyabr 2026
8
12:21 / 21 Sentyabr 2026
71
12:20 / 21 Sentyabr 2026
20
12:17 / 21 Sentyabr 2026
23
12:15 / 21 Sentyabr 2026
31
12:12 / 21 Sentyabr 2026
27
12:07 / 21 Sentyabr 2026
196
11:51 / 21 Sentyabr 2026
34
11:46 / 21 Sentyabr 2026
39
11:45 / 21 Sentyabr 2026
34
11:31 / 21 Sentyabr 2026
37
11:28 / 21 Sentyabr 2026
307
11:19 / 21 Sentyabr 2026
79
11:17 / 21 Sentyabr 2026
65
11:15 / 21 Sentyabr 2026
45
11:00 / 21 Sentyabr 2026
41
10:55 / 21 Sentyabr 2026
47
10:34 / 21 Sentyabr 2026
278
10:28 / 21 Sentyabr 2026
65
10:26 / 21 Sentyabr 2026
62
10:20 / 21 Sentyabr 2026
62
10:18 / 21 Sentyabr 2026
75
10:14 / 21 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.